“Amerikaya qarşı hücuma keçiblər, bu düzgün deyil”

siyavushMillət vəkili Siyavuş Novruzov bəzi media orqanlarında, sosial şəbəklərdə antiamerika kampaniyasının başlanılmasna etiraz edib. 

O, bildirib ki, Amerika ilə Azərbaycan arasında normal münasibətlər var: “Biz bu əməkdaşlığın davam etdirilməsində maraqlıyıq. Amma təəssüflər olsun ki, bəzi siyasətçilər, KİV nümayəndələri Rövşən Rzayevin hazırladığı qərar layihəsindən sonra Amerikaya qarşı mətbuatda hücuma keçiblər. Bu düzgün deyil”.

Spiker Oqtay Əsədov isə deputata cavab olaraq bunları deyib: “Rövşən Rzayev nə parlamentdir, nə də Azərbaycan hökumətidir. O, öz təşəbbüsü ilə belə bir layihəylə çıxış edib. Onun belə bir layihə ilə çıxış etmək hüququ var”.

 

(qafqazinfo)