Məleykə Abbaszadə: «Orta məktəblərdə keçirilən mərkəzləşmiş imtahanlarla əlaqədar ümidlərim puç olub»
“Orta məktəblərdə keçirilən mərkəzləşmiş imtahanlarla əlaqədar ümidlərim puç olub”. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib(APA).
TQDK sədri bildirib ki, attestat qiymətlərinə uyğun olaraq qəbul qaydalarını dəyişmək hələlik mümkün deyil:”Biz bunu çox istəyərdik. Çox təəssüf ki, mərkəzləşmiş imtahanlarla əlaqədar ümidlər özünü doğrultmayıb”.
M.Abbaszadə qeyd edib ki, bu il keçirilən qəbul imtahanlarında məzunların imtahan göstəriciləri ilə attestat ballarının bir-birinə uyğunluğunu əks etdirən “Abituriyent” jurnalının 12-ci buraxılışı yaxın vaxtlarda hazır olacaq:”Bu il keçirilən qəbul imtahanlarının bütün statistik göstəriciləri orada əks olunacaq. TQDK bununla əlaqədar xüsusi konfrans keçirməyi də nəzərdə tutur”.


