“WTI” “Brent”i üstələdi

neftDünya bazarında neft yenidən ucuzlaşıb. Amma maraqlıdır ki, həmişə London əmtəə birjasındakı “Brent” markalı neftdən ucuz satılan Nyu-York birjasındakı “WTI” nefti bu dəfə rəqibini üstələyib. Belə ki, “Brent” neftinin 1 barrelinin qiyməti 0,88 dollarlıq və yaxud 2,32%-lik azalmadan sonra 37,01 dollar, “WTI” nefti isə 1,04 dollarlıq və yaxud 2,73% azalmadan sonra 37,06 dollar təşkil edib.

 

(fins.az)