Rusiya 4 faiz gerilədi

kremlRusiya İqtisadiyyat Nazirliyindən edilən açıqlamada, Ümumi Daxili Məhsulun (ÜDM) Noyabr ayında keçən ilin eyni ayı ilə müqayisədə 4% gerildəyi bildirilib.

Aylıq müqayisədə Sentyabrda 0.3%, Oktyabrda 0.1% böyüyən iqtisadiyyat Noyabr ayında 0.3% geriləyib. İllik müqayisədə isə tənəzzül 4% olaraq baş tutub.

Neftin ucuzlaşmasının davam etməsi, durğunluğun ikinci ildə də davam edəcəyi məsələsində təhdid yaradır. Rusiya Prezidenti Vladimir Putin bu aykı açıqlamasında iqtisadi böhranda ən pisinin geridə qaldığını bildirmişdi.

Brent neftin qiyməti bu il 11 ilin ən aşağı səviyyəsinə düşüb. Düşən qiymətlər ölkənin büdcə gəlirlərinin azalmasına səbəb olarkən, pul vahidi Rubl da dəyər itirir. Rubl, Dekabr ayında dollar qarşısında 8% dəyərdən düşməsilə ilə dünyanın 3-ci ən pis performans nümayiş etdirən pul vahidi olub.

Digər tərəfdən, Rusiyada səhmlər bazarı Sentyabrdan bəri ilk dəfə aylıq itki ilə gedir.

Rusiyanın İqtisadiyyat Nazirliyi bu il 3.9% geriləmə, gələn il isə 0.7% iqtisadi artım proqnozlaşdırır.