Obama Putinin seçkisinə mənfi qiymət verdi

Ağ Ev Rusiyada keçirilən parlament seçkiləri zamanı baş vermiş saxtakarlıq hallarıyla bağlı xəbərlərdən ciddi narahatlıq keçirir. Bu barədə ABŞ prezidenti Barak Obamanın mətbuat katibi Cey Karni Ağ Evdə keçirdiyi brifinqdə bildirib.

“Bizim narahatlıqlarımız ATƏT müşahdəçilərinin fikirlərilə üst-üstə düşür. Seçkilərdə şəffaflığın təmin olunmaması, bülletenlerin kütləvi şəkildə səsvermə qutularına atılması, seçici siyahılarındakı nöqsanlar və s. problemlər Ağ Evi ciddi narahat edən məqamlardır”, – deyə Karni söyləyib.