
Dekabrın 10-da, Beynalxalq İnsan haqları günündə 2 aprel siyasi məhbusu, AXCP Gənclər Komitəsinin İctimai Əlaqələr üzrə koordinatoru Elnur Məcidlinin 21 yaşı tamam olur. Bununla əlaqədar AXCP Gənclər Komitəsi “Məhbəsdəki Gənc” kampaniyasına başlayıb.
Kampaniya dekabrın 11-ə qədər davam edəcək. Kampaniyaya Elnur Məcidliyə ölkə içindən və xaricdən təbrik məktublarının göndərilməsi, “Facebook” və “Twitter”də virtual aksiya (məsələn, “Facebook”da Elnur haqqında müxtəlif məlumatlar paylaşmaq, “Twitter”də #ElnurMejidli, #ElnurMajidli, #Opposition, #Youtharrest, #hrw, #amnesty, #Azerbaijan sözlərini hashtag etmək),
Elnur Məcidli və ümumiyyətlə gənclərin Azərbaycanda ifadə azadlığına görə şərlənərək həbs olunması ilə bağlı bloq və köşə yazıları yazmaq, nəhayət dekabrın 10-da Elnur Məcidlinin doğum günün qeyd olunması daxildir.
AXCP Gənclər Komitəsi xaricdəki və ölkə içindəki azadlıqsevərləri məhbəsdə 21 yaşını qeyd edən gəncə təbrik məktubları yazmağa çağırır. Məktubu bu ünvana göndəriləcək: Xəzər rayonu, Binə qəsəbəsi, 17 saylı Cəzaçəkmə Müəssisəsi. AZ 1045. Məcidli Elnur Arzuman oğlu.



