«Hörmətli Vlad! «Ərəb baharı» sizin tərəflərə yaxınlaşır»
Rusiya hakimiyyəti seçkilərin nəticələrinin elə də pis olmadığını düşündüyü bir vaxtda Qərbdə bu seçkilərin hazırki rejimin nə dərəcədə qeyri-stabil olduğunu nümayiş etdirdiyi barədə fikirlər səslənir. Belə ki, ABŞ prezidentliyinə keçmiş namizəd Con Makkeyn Rusiyadakı seçkiləri şərh edərək Twitter vasitəsilə baş nazir Putinə yaxın zamanda rejimin dəyişməsini gözləməyi tövsiyyə edib. O bunun bu il Tunisdə, Misirdə, Liviyada baş verdiyi kimi olacağını deyib.
«Hörmətli Vlad! «Ərəb baharı» sizin tərəflərə yaxınlaşır», – yazıb Makkeyn öz bloqunda və oradaca “The Wall Street Journal” qəzetinin linkini yerləşdirib. Qəzetdə Rusiyadakı seçkilərin nəticələri Putinin Kremlə qayıtması ərəfəsində hakim partiyanın məğlubiyyəti kimi təqdim edilir.
Rusiya mətbuatının yazdığına görə, Makkeynin Twitter-də akkauntu olan Medvedevə deyil, orada qeydiyyatda olmayan Putinə müraciət etməsi onun Ruiyada hakimiyyətin əslində kimə mənsub olduğunu nümayiş etdirməsidi.
Xatırladaq ki, bu ərəb ölkələrindəki hadisələrin Rusiyada təkrarlanacağı ilə bağlı Makkeynin ilk xəbərdarlığı deyil. Fevralda o Mübarəkin devrilməsinin Putin üçün xəbərdarlıq olduğunu demişdi. Avqustda isə Liviya olaylarının Rusiya rəhbərliyi üçün xəbərdarlıq olduğunu bildirmişdi. Sentyabrda, Qəzzafinin ölümündən sonra Makkeyn Putini gələcəyi üçün narahat olmağa çağırdı.
Fizzə