Hökumət üçüncü devalvasiyaya gedir FOTO

dollar

Valyutadəyişmə məntəqələri dollar satmaqdan imtina edir; qara bazarda 1 dollar 2 manata qədər qalxıb

Manatın üçüncü dəfə devalvasiyaya uğrayacağı qaçıldmazdır. Bu barədə redaksiyamıza daxil olan məlumata görə, artıq hökumət də bunun fərqindədir. Məlumatda deyilir ki, əslində dekabrın 21-də baş verən 48 faizlik devalvasiyanın üzən məzənnə ilə pərdələnməsi üçüncü devalvasiyaya hazırlıqdan irəli gəlir.

Yada salaq ki, hökumət 21 fevral devalvasiyasından sonra manatın kursunu sabit saxlamağa cəhd etdi. Bu da valyuta ehtiyatlarının kəskin azalması ilə müşahidə olunlu. Ekspertlər ikinci devalvasiyanın qaçılmaz olduğu barədə proqnoz verməyə başladılar. Lakin hökumət bu ehtimalların doğru olmadığını bəyan etdi. Nəticədə bəlli oldu ki, 21 fevral devalvasiyasında olduğu kimi bu dəfə də vətəndaşlar aldadılıb. Bu baxımdan 21 dekabr devalvasiyasının adı “üzən məzənnə” qoyuldu. Müşahidələr göstərir ki, hökumət real iqtisadi islahatlar həyata keçirmək əvəzinə yenə də manatın kursunu sabit saxlamaq üçün pul xərcləyir. 48 faizlik devalvasiyadan sonra Mərkəzi Bankın 300 milyon dollar itirməsi bunun nəticəsidir. Inandırıcı deyil ki, bu proses aylarla davam etsin. Çünki valyuta ehtiyatları fevralda olduğu qədər deyil. Deməli, yaxın günlərdə üçüncü devalvasiyanın baş verməsi qaçılmazdır.

Bakıda valyutadəyişmə məntəqələrinin dollar satmaqdan imtina etməsi, qara bazarda isə dolların 2 manata satılması da üçüncü devalvasiyanın baş verəcəyini deməyə əsas verir.

Güman ki, hökumət bu dəfə də qəfil qərar vermək niyyətindədir.