Azərbaycan yollarında daha bir dəhşətli qəzası baş verib. Lent.az-ın məlumatına görə, dekabrın 5-də Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Şəki rayonu ərazisindən keçən hissəsində 10 OM 090 nömrə nişanlı “Mazda” və 99 BC 699 nömrəli “BMW” toqquşub.
Nəticədə “Mazda”-nın sürücüsü, 1960-cı il təvəllüdlü Əfrahimov Teymur İbrahimoviç və onun bacısı, 1953-cü il təvəllüdlü Əfrahimova Lyudmila İbrahimovna hadisə yerində ölüb. “BMW”-nin sürücüsü, 1961-ci ildə anadan olmuş Kərimov Vaqif Yusif oğlu da qəza nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, “BMW”-ni idarə edən V.Kərimov Balakən rayon Sosial Müdafiə Mərkəzinin müdiri olub.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.