Dekabrın 5-i Nərimanov Rayon Məhkəməsində “Hicaba azadlıq” aksiyasına görə təqsirləndirilən Çingiz Novruzova, Taleh Ələkbərova, Toğrul İsgəndərova və Məmməd Əsgərova hökm oxunub. Hökmü hakim Arif İsmayılov elan edib.
“Media forum” saytı xəbər verir ki, Toğrul İsgəndərov və Məmməd Əsgərov 3 il, Taleh Ələkbərov və Arif İsmayılov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Onlar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) təqsirli biliniblər.
Dekabrın 2-də keçirilən prosesdə dövlət ittihamçısı Toğrul İsgəndərova 4 il 6 ay, Çingiz Novruzov, Taleh Ələkbərov və Məmməd Əsgərovun hər birinə isə 5 il həbs cəzası verilməsini təklif etmişdi.
“Hicaba azadlıq” aksiyası bu il mayın 6-da Təhsil Nazirliyinin qarşısında keçirilib. Aksiyaya görə 15 nəfər həbs olunub.