Baş nazir Dəmirtaşı xəyanətdə ittiham etdi

davutoglu2Türkiyənin baş nazir Davudoğlu HDP sədrinin Moskvaya səfərini və səfər zamanı verdiyi bəyanatları rüsvayçılıq adlandırıb. Davudoğlu Dəmirtaşın hərəkətlərinin millətə xəyanət olduğunu da bildirib:

“HDP  sədrinin Rusiyada, “Türkiyənin Rusiya təyyarəsini vurması səhvdir” deməsi tam bir rüsvayçılıq və xəyanətdir. Rus təyyarələrinin günahsız türkmənləri, ərəbləri, kürdləri Azezdə, Hələbdə, İdlibdə, Bayırbucaqda bombaladığı vaxtda qaça-qaça Rusiyaya gedib dəstək ifadə etmək, millətə xəyanət etməkdir. Bu, açıq bir rüsvayçılıqdır”,-deyə Davudoğlu bildirib.

 

Aydın Taş