Rusiyanın valyuta ehtiyatları bir həftədə 2,3 milyard dollar azalıb

kremlRusiyanın qızıl və valyuta ehtiyatları bir həftədə 2,3 milyard dollar azalıb.

Rusiya Mərkəzi Bankı tərəfindən edilən açıqlamaya görə, əvvəlki həftə 371,2 milyard dollar olan ehtiyatlar 368,9 milyard dollara geriləyib.

Rusiyanın ehtiyatları 2011-ci ilin sonunda 497.4 milyard dollar, 2012-ci ilin sonunda 537,1 milyard dollar, 2013-ci ilin sonunda 508,5 milyard dollar, 2014-ci ilin sonunda isə 388,5 milyard dollar səviyyəsində idi