“Suriyaya girməməklə həyat xilas olunmadı, itirildi”

obama-pentagonABŞ prezidenti Barak Obama ötən həftə jurnalistlərə deyib ki, son bir neçə ildə Yaxın Şərqə quru qüvvələri göndərməməklə aya 100 insanın həyatını və milyardlarla dolları xilas edib.

“The Washington Post”da Riçard Kohen yazır ki, Obama öz aləmində artıq Nobel Sülh Mükafatını qazanıb. Əslində, demək olar, heç kim ABŞ hərbçilərinin Suriyaya yerləşdirilməsini təklif etməyib. Ən çox təklif edilən variant Bəşər Əsədin silahlarından qorunmaq üçün qeyri-uçuş zonası yaratmaq idi. Bunu vaxtında etsəydilər, Obamanın qeyd etmədiyi rəqəmdən, 30 min suriyalının ölümündən qaçmaq olardı. Hələ 4 milyon qaçqını demirik.

“Obama Suriyada durumun tamamilə nəzarətdən çıxmasına gətirmiş siyasətlə öyünməməlidir”,- müəllif yazır.

“Bir dəli soyqırımı törədirsə, Birləşmiş Ştatlar nə etməlidir? 2014-cü ildə ”Islam Dövləti” silahlı qruplaşması Iraqın şimalından yezidiləri ovlamağa başladı. Birləşmiş Ştatlar heç nə etməməliydi? ABŞ hava zərbələrinə başlayandan artıq 5 minədək yezidi öldürülmüşdü. IŞID hələ də yezidi qadınlardan cinsi kölələr kimi istifadə edir”.