«Demokratiyanın ən inadkar rəqibi»

rusiyaBritaniyanın araşdırma mərkəzi Rusiyanın real gücünü qiymətləndirdi

Londondakı “Chatham House” Araşdırma Mərkəzi Rusiya ilə bağlı maraqlı araşdırma aparıb. BBC-nin məlumatına görə, mərkəzin Avrasiya proqramının rəhbəri Ceyms Nixey Rusiyanın SSRI dağıldıqdan sonra hələ də dünya gücü sayılıb-sayılmadığını müəyyənləşdirməyə çalışıb.

Araşdırma zamanı məlum olub ki, Rusiya hələ də dünyanın böyük ölkəsi və ən böyük neft hasilatçısıdır. Hələ də BMT Təhlükəsizlik Şurasında 5 daimi üzvdən biridir. Rusiyanın nüvə silahı (9 nüvə ölkəsindən biridir) xeyli təkmilləşdirilib. Rusiya hələ də müdafiə sisteminə böyük pullar xərcləyir, lokal və regional müharibənin eskalasiyası məqsədinə xeyli yaxınlaşıb. Lakin Rusiyanın bu hərbi qüdrətini saxlamalı olan iqtisadiyyatı tənəzülldədir.

Mənimsəmə və korrupsiya

Rusiya dünyanın 10-cu böyük iqtisadiyyatıdır, lakin əsasən karbohidratların hasilatı ilə məşğuldur. Iqtisadiyyat sahəsində korrupsiya və mənimsəmələr geniş yayılıb. Rusiya hələ də sovetlərdən qalma infrastrukturun əsiridir və onun özəhalisinin səhiyyə və təhsil ehtiyaclarını təmin etmək imkanları getdikcə daralır.

Müxtəlif baxışların nədən ibarət olmasından asılı olmayaraq, Rusiya üçün bir müsbət, bir də mənfi amil inkaredilməzdir: “Rusiya özünü böyük qüvvə sayır və bu, ölkə daxilində heç bir mübahisə doğurmur. Çin iqtisadi güc kimi Rusiyanı kölgədə qoyaraq dünyada ABŞ-dan sonra ikinci ölkəyə çevrilib”.

Ukrayna ilə bağlı yaranmış vəziyyətə görə prioritetlərini Asiyaya yönəltməyə çalışmasına baxmayaraq, Rusiya hələ də özünü Qərb və Amerika ilə müqayisə edir.

Avrasiya meydanında nüfuz savaşı

Real dünya göstəricilərinə baxmayaraq, Rusiya dünya siyasətində özü üçün Avrasiya meydanını seçib: “O, nə Avropa, nə də Asiyaya müttəfiq olmadan öz nüfuzunu burada bərqərar etməyə çalışır. Rusiyanın Braziliya, Hindistan, Çin vəCənubi Afrika ilə birlikdə BRICS təşkilatına üzvlüyü onu göstərir ki, o hələlik mədəniyyət baxımından Avropaya tam bağlı deyildir. Rusiyanın hazırda Avropa Ittifaqı kimi, qərbyönlü qurumlara üzvlük istəyi yoxdur. Bunun əvəzində Rusiya daim Qərbə alternativ yaratmağa can atır. Ən sonuncu belə cəhd Avrasiya Ittifaqıdır. Bu təşkilat Qərblə balansa hesablanmış, lakin Qərbin norma və dəyərlərindən azad bir qurumdur”.

Ceyms Nixey bu qənaətdədir ki, Avrasiya Ittifaqına qoşulan ölkələrin bunu hansı bir həvəslə etdiyi xatırlanarsa, onun gələcəyi barədə doğacaq suallar təbii səslənə bilər: “Bütün bunlardan daha vacib olan amil isə budur ki, Rusiya dünya boyunca demokratiyanın ən inadkar rəqibidir”.

Araşdırmada 2014-cü il üçün ümumi daxili məhsula (ÜDM) görə dünyanın ən böyük iqtisadiyyatları (milyard dollarla) da rəqəmlərlə əksini tapıb: “ABŞ – 17, Çin – 10, Yaponiya – 4, – Almaniya – 3, Birləşmiş Krallıq – 2,9, Fransa – 2,8, Braziliya – 2,3, Italiya – 2, Hindistan – 2, Rusiya Federasiyası – 1,8”.

Diktator müttəfiqlər

O da qeyd olunur ki, hazırda Suriyada apardığı hava əməliyyatlarına qədər Rusiya özünü qlobal güc adlandırsa da, regional güc kimi davranıb: “Rusiyanın qarşılaşdığı ən böyük çətinlik budur ki, o özünün qlobal əhəmiyyətini saxlamağa çalışsa da, bu titul üçün zəruri olan bütün göstəriciləri tənəzzüldədir, müttəfiqləri azdır, onların da əksəriyyəti diktaturalardır”.

Müəllif bildirir ki, bəzilərinə görə Rusiyanın təbii və tarixi hegemonluğu onun daim əsas oyunçu olaraq qalmasını təmin edəcək. Bəziləri isə hesab edir ki, Rusiya öz zəifliyini riskli xarici avantürizmlə pərdələməyə çalışır: “Bir çoxlarına görəhazırda Rusiya məhz bununla məşğuldur”.