Rusiya və Ermənistanın hava hücumundan müdafiə sistemi birləşdi

rus-ermeni nazirler

Hikmət Hacızadə: «Azərbaycanla Rusiya arasında müdafiə sahəsindəki müqavilələr oyundan başqa bir şey deyil»

Moskvada Rusiya və Azərbaycan müdafiə nazirləri arasında təkbətək görüş keçirilib. MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclası çərçivəsində baş tutan görüşdə Azərbaycan və Rusiyanın müdafiə nazirlikləri arasında 2016-cı il üçünəməkdaşlıq planı imzalanıb.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu MDB-yə daxil olan bütün ölkələrin müdafiə nazirlərilə ikitərəfli görüşlər keçirib. Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşün yalnız protokol hissəsi mətbuata açıq olub. Görüş daha sonra bağlı qapılar arxasında davam etdirilib.

APA-nın məlumatına görə, Sergey Şoyqunun Ermənistanın müdafiə naziri Seyran Ohanyanla görüşündə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının arsenalının gücləndirilməsi və Ermənistana hərbi texniki yardım məsələsi müzakirəolunub.

Sergey Şoyqu və Seyran Ohanyan Rusiya və Ermənistanın hava hücumundan müdafiə sistemlərinin birləşdirilməsi haqqında müqavilə imzalayıblar.

hikmet-hacizade-yeni

Hər iki məsələni şərh edən politoloq Hikmət Hacızadə bu görüşlərin ölkəmiz üçün müsbət heç nə vəd etmədiyini düşünür. Politoloqun fikrincə, Rusiya bununla Ermənistanın arxasında dayandığını ölkəmizə bir daha göstərmək istəyir:

“Rusiya Azərbaycanın müharibə etmək fikrinə düşsə, nəticənin çox pis olacağı anonsunu verib. Azərbaycanla Rusiya arasında müdafiə sahəsində bağlanan hər hansı müqavilələr isə oyundan başqa bir şey deyil. Rusiya bu kimi görüşlərləErmənistanla hər sahədə əməkdaş olduğunu vurğulamaq istəyir. Müharibə olacaqsa, Rusiya Ermənistanı müdafiə edəcəyi siqnalını verir”.

Nigar