Rusiya və Avropa Birliyi (AB) arasında ticarət həcmi 2015-ci ilin ilk 9 ayında 30 faiz geriləyib. Ticarət həcminin düşməsinə qarşılıqlı sanksiyalar və aşağı neft qiymətləri təsir edib.
Bu haqda Rusiyanın AB-dəki daimi nümayəndəsi Vladimir Çijov məlumat verib. O, geriləməyə konkret nəyin səbəb olduğunu bilmədiyini deyib: “AB ilə ticarət həcmi ilin ilk 9 ayında 30 geriləyib. Buna AB sanksiyaları, yoxsa aşağı neft qiymətlərinin daha çox təsir etdiyini demək çətindir. Elə düşünürəm ki, neft qiymətləri daha çox təsir edib”.
Çijov yalnız AB ilə deyil, digər ölkələrlə də ticarət həcmində geriləmə olduğunu deyib.
Aydın Taş