3000 min nəfərlik ibadət evi Avropanın ən iri məscidlərindəndir
Müsəlmanların müqəddəs günlərindən hesab edilən cümə günü, Ukraynanın paytaxtı Kiyevdə ilk məscidin təntənəli açılışı olub. Lukyanovsk küçəsində inşa edilən “Ər-Rəhman” (Mərhəmət) məscidi Avropanın ən iri məscidlərindəndir.
3,2 min kvadrat metr ərazisi olan məscid 3 min nəfər üçün nəzərdə tutulub. Məsciddə 27 metr hündürlüyündə minarə tikilib. İnşası 1994-cü ildən başlanılan məscid yerli müsəlman messenantların pulları ilə tikilb.
Ukraynada məscidlərin sayı son 3 ildə 50 faiz artıb. Bu artım ilk növbədə Herson vilayətinin hesabına düşür. Hal – hazırda 81 müsəlman mədəniyyəti tikintisi Ukraynanın vilayətlərində və daha 238-i isə Krım Muxtar Respublikasında qeydiyyata alınıb.
Maraqlıdır ki, son 3 il ərzində Krımda cəmi dörd müsəlman təşkilatı qeydiyyatdan keçib. Eyni zamanda bu rəqəm Ukraynada 1,5 dəfə artıb. Belə ki, 1 yanvar 2008-ci ildə Herson vilayətində cəmi 29 İslam təşkilatı hesaba alınmışdısa, üstündən 3 il keçdikdən sonra isə bu rəqəm 61 oldu (ans press).


