Polkvonik intihar edib, yoxsa öldürülüb?

ilqar eliyevİlqar Əliyevin ölümü sıradan bir intihar hadisəsi kimi araşdırılmamalıdır

Bakı Istintaq Təcridxanasında özünü asdığı deyilən MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik Ilqar Əliyevin ölümü ilə bağlı müxtəlif mülahizələr irəli sürülür. Qeyd edək ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin yaydığı məlumatda deyilir ki, Ilqar Əliyev dekabrın 20-də saat 15:55 radələrində intihar edib. O, ikinəfərlik kamerada saxlanılırmış: “Kamera yoldaşı telefon danışığı hüququndan yararlanmaq üçün kameranı tərk etdiyi qısa müddət ərzindəorada tək qalan Ilqar Əliyev mələfəni ip formasında pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb”.

Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanılıb. Istintaq aparılır.

Ekspertlər hesab edir ki, Ilqar Əliyevin ölümü müəmmalıdır və bu məsələ ciddi şəkildə araşdırılmalıdır. “Öncə onun öldürülməsi versiyası araşdırılmalıdır. Ilqar Əliyev Eldar Mahmudovun şəbəkəsinin ən fəal üzvlərindən biri kimi xeyli sirrəmalik olub. Ola bilər ki, bu sirləri açmaması üçün onu aradan götürüblər. Istintaq bu versiyanı çox ciddi şəkildə araşdırmalıdır”.

Ekspertlərə görə, əgər Ilqar Əliyevin intihar etdiyi dəqiqləşsə, o zaman onun bu addımının səbəbləri araşdırılmalıdır. “Aydın olmalıdır ki, bu şəxs özünü niyə asıb. Onu buna vadar ediblərmi, yoxsa ağır cinayətlər törətdiyinə görəməsuliyyətdən yaxa qurtara bilməyəcəyini görüb bu yola atıb? Bu məsələlərə diqqət yetirilməlidir. Ilqar Əliyevin də daxil olduğu şəbəkənin xeyli açılmamış cinayətləri ola bilər. Ona görə də onun ölümü sıradan bir intihar kimi araşdırılmamalıdır”,- deyə ekspertlər bildirib.

Oktyabrda həbs olunan Ilqar Əliyev Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 302-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) maddələri ilə ittiham olunurdu.