Rus səfirin hədiyyəsi qalmaqal yaratdı

putinkaRusiya ilə Litva arasında araq böhranı yaşanıb.

Vilnüs bələdiyyə başçısı Rusiyanın Litva səfirinin göndərdiyi “Putinka” markalı arağı qəbul etməkdən imtina edib. Rus səfir, arağı, Vilnüs bələdiyyə başçısına Milad hədiyyəsi olaraq göndərib.

Lakin Rusiya səfirinin bu hədiyyəsi, Vilnüs bələdiyyə başçısı Remigijus Simasiusu qəzəbləndirib. İnstagram hesabında araq şüşəsinin şəkilini paylaşan Simasius, arağı qəbul etməyəcəyini bildirib.

Bələdiyyə başçısı, hadisəni böyütmək istəmədiyini, səfirin bu addımını zarafat kimi dəyərləndirdiyini bildirib:

“Hədiyyənin geri göndərilməsi etik olmasa da, göndərməliyəm. Litvanın Putinin siyasətini dəstəkləmədiyi sirr deyil. Bir başqa yolu da arağı hərraca çıxarıb, əldə olunan pulu Rusiyada demokratiyanın inkişafına bağışlamaqdır”.

 

Aydın Taş