ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

abs

Kreml bu sanksiyaları dağıdıcı adlandırıb

ABŞ hakimiyyəti Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir. Siyahıya ümumilikdə 34 fiziki və hüquqi şəxs daxil edilib.

Sanksiyalar Rusiyanın “VTB” və “Sberbank” banklarının Ukrayna, Qazaxıstan və Avropadakı əksər törəmə qurumlarına şamil edilib. Bundan başqa, yeni siyahıya “VTB” və “Sberbank” banklarının qeyri-hökumət pensiya fondları və “VTB 24” bankı, “Qals Development” şirkəti, “Novikombank” bankı, “Aviapriborostroyenie” konserni, “Sovremennıye texnologii”, “Oboronprom”, “Rosoboroneksport”,  “Massandra” şərab zavodu, Yalta kinostudiyası, həmçinin bir sıra iri korporasiyalar daxil edilib.

Həmçinin rusiyalı biznesmenlər və Kremlə yaxın olan bir sıra şirkətlər, habelə neft ticarəti ilə məşğul olan Gennadi Timçenko və sənaye fəaliyyəti ilə məşğul olan milyarder Arkadi və Boris Rotenberg qardaşları da siyahıya daxil edilib.

Bundan başqa Vitali Zaxarchenko da daxil olmaqla bir sıra keçmiş Ukrayna rəsmilərinə qarşı sanksiyalar tətbiq edilib.

Rusiya hakimiyyəti bu sanksiyaları ikitərəfli münasibətlərə dağıdıcı təsir edəcəyini bəyan edib.