Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə Milli Məclisin deputatı Naqif Həmzəyevi məhkəməyə vermək fikrindən daşınıb.
Bu barədə onun özü məlumat verib. Bildirib ki, N.Həmzəyev səhvini etiraf etdiyi üçün onu məhkəməyə verməkdən imtina edib: “Naqif Həmzəyev ictimaiyyət üçün açıqlama verdi. Bildirdi ki, mən elə deməmişəm. Ona görə çox üstünə düşmədim və məhkəməyə müraciət etmədim. Yəni, buna ehtiyac qalmadı”.
Xatırladaq ki, Naqif Həmzəyev Rəsulzadəni vətən xaini adlandıraraq, haqqında nalayiq ifadələr işlətmişdi. Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə isə N.Həmzəyevi bu fikirlərinə görə, məhkəməyə verəcəyini bildirmişdi. (AzNews.az)



