«Honda» 304 min avtomobilini geri çağırır

“Honda” şirkəti hava yastıqlarındakı problem üzündən 304 min məhsulunu geri çağırmaq məcburiyyətində qalıb.

Şirkətdən verilən məlumata görə, avtomobillərin geri çağırılmasına səbəb hava yastıqlarının toqquşma anında güclü təzyiqin təsirilə şişəcəyi təhlükəsilə bağlıdır. Bunun nəticəsində də metal və ya plastik parçalar yaralanmalara, ölümlərə səbəb ola bilər.
Indiyə qədər bu problemdən qaynaqlanan iki ölüm və 20 qəza hadisəsinin (ABŞ-da 2009-cu ildə) qeydə alındığı açıqlanıb. Geri çağırılan avtomobillərin 2001 və 2002-ci illərdə istehsal olunan “Accord”, “Civic”, “Odyssey”, “Pilot”, “CR-V” və digər modellərdən ibarət olduğu bildirilir. Geri qaytarılan avtomobillərin sayı ABŞ-da 273 min, Kanadada 27 min, Yaponiyada 2 min və Avropada 170 ədəd olub.