Tanınmış şairdən Rüfət Səfərova dəstək

memmed-ismayil1Tanınmış şair Məmməd İsmayıl məşhur YAP-çı Eldar Sabiroğlunun Zərdab rayon prokurorluğundan istefa verən oğlu Rüfət Səfərovdan yazıb. M.İsmayıl feysbuk səhifəsində paylaşdığı yazıda R.Səfərovun addımını təqdir edib:

“Bu davranışınla sən bir ata-ananın yox, əzilən, insani hüquqları yerlə bir edilən xalqın, haqqın oğlusan, Rüfət bəy! Bu addımı, həm də “gəlirli” prokurorluq orqanlarında işləyə-işləyə atmaq əyrilik mühiti içində qəhramanlığa bərabər bir işdir! Halal olsun sənə! Sənin statusunda olan kimsə bunu etməli, hayqırmalı idi. Heç nəyin fikrini çəkmə, işsiz qalıb başım çəkdiyindən bilirəm, sonu yaxşı olacaq, haqq gec də olsa, öz yerini tapacaq, yetər ki, vicdanın üsyanından azad olasan. Sənin üsyan bayrağını qaldırdığın hər şeyin, amma hər şeyin səbəbkarı olan indiki iqtidar nəinki mənə, hətta övladlarıma da haqqı müdafiə etdiyimə görə vətənimizdə qalıb çalışmağa imkan tanımadı. ADU-nun hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirən qızıma hətta vəkil işləməyə belə imkan vermədilər. Əllərindən gələn bu idi, amma müdafiə etdiyimiz, tərəfində olduğumuz haqq sonunda mənə də, övladlarıma da az da olsa meydan açacaqdı…

Bir daha təkrarlayıram, eşq olsun sənə və damarında əyriliyə qarşı üsyan edən qana! Və mən inanıram ki, ölkənin pisi yaxşıdan seçməyi bacaran gəncliyi günün birində səsini səsinə qatıb yüksəldəcək və haramlıq içində boğulan, nə Tanrısal yasalara, nə toplumsal qanunlara məhəl qoyan bu murdar iqtidarı süpürüb tarixin ziblliyinə atacaq! Bu gün ölkənin pulundakı devalivasya əslində dövranına az qalmış hakimiyyətin devalivasyasıdır!”.