İstanbulda iki terrorçu qadın öldürüldü

belcika terrorİstanbul Terrorla Mübarizə İdarəsinin əməkdaşlarının Bayrampaşada törədilən partlayışda şübhəli bilinən terrorçuları yaxalamaq üçün Qaziosmanpaşada keçirdiyi əməliyyat zamanı qarşıdurma baş verib.

Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, qarşıdurmada 2 qadın terrorist ölüb, 4 polis isə yaralanıb.

Hüquq-mühafizə orqanları hadisəni törədən terrorçuların Qaziosmanpaşada Qaradəniz məhəlləsində yaşadıqlarını müəyyən edib.

Hüquq-mühafizə orqanlarının səhərə yaxın binaya daxil olaraq gerçəkləşdirdikləri əməliyyat zamanı evdə olan terrorçular polislərə atəş açıblar. Təxminən yarım saat davam edən qarşıdurmada hələ də şəxsiyyəti məlum olmayan 2 qadın terrorçu məhv edilib, 4 polis əməkdaşı isə yaralanıb.

Qarşıdurma sonrası evə daxil olan terrorla mübarizə əməkdaşları içəridə istifadəyə hazır bomba, əl bombaları və müxtəlif silahlar aşkar ediblər.