Azərbaycan Trans-Anadolu Qaz Boru Xəttindəki (TANAP) payını beynəlxalq maliyyə bazarları vasitəsilə həyata keçirməlidir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov AzTV-yə müsahibəsində bildirib.
“TANAP-ın maliyyələşdirilməsinə gəlincə, yəqin ki, biz beynəlxalq maliyyə bazarları vasitəsilə bu layihədə olan payımızı maliyyələşdirməyə keçməliyik ki, valyuta balansımız üçün əhəmiyyətli gərginlik yaranmasın”, – deyə E. Rüstəmov qeyd edib.