Nigar Camal elə bir klip çəkdirdi ki… (VİDEO)

“Eurovision” qalibimiz dünya ulduzları ilə rəqabətə girdi

 

“Eurovision-2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal dünya ulduzları Cenifer Lopes, Beyonsa və Rihanna ilə rəqabətə girən “Crush on your” klipi ilə Azərbaycan şou-biznesinə yenilik gətirib. Klipin Avropa, Rusiya və Ukraynada yayımlanması nəzərdə tutulub. Klipin bir təqdimat mərasimi də Kiyevdə olacaq.
“Crush on your” videoklipinin rejissoru Rusiyada və Ukraynada çox məşhur olan rejissor Aleksey Lamaxdır. Çəkilişlər Rusiya və Ukraynada aparılıb. Klip Kiyev yaxınlığında yerləşən qotik üslublu bir qəsrdə çəkilib. Çəkilişin operatoru Sergey Banderasdır.
Klip Azərbaycan şou-biznesində “ARRİ Alexa” kinokamerasına çəkilən ilk ekran işidir. Bütün sonuncu Hollivud yenilikləri və Beyons, Rihanna və Cenifer Lopes kimi dünya şöhrətli ulduzların klipləri məhz bu kamera ilə çəkilir. “Crush on your” klipinin çəkiliş prosesinin icraçı prodüseri Olqa Danyukovadır (ans press).
Klipdə Nigar Camalla yanaşı dünyaca populyar musiqiçi və MDB ölkələrində də məşhur olan “Digi Digi” meqa-hitinin ifaçısı İnusa Davuda da çəkilib. Videoklipdə rəqslərin icrası Rusiyada və Ukraynada məşhur olan “A6” şou-baletinin rəhbəri Andrey Yeremin tərəfindən həyata keçirilib. “A6” şou-baletinin rəqs kollektivi də klipin çəkilişlərində iştirak edib.