FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini tutduqları vəzifədən kənarlaşdırılıb. Bu barədə FİFA Etika Komitəsi qərar qəbul edib.
Onların 8 il ərzində yüksək vəzifələr tutmasına qadağa qoyulub. Bundan əlavə Platini 80 min İsveçrə frankı məbləğində cərimələnib.



