Bakıda uşaq poliklinikasında yanğın oldu

Bakı şəhəri, Xətai rayonunda yerləşən 2 saylı Uşaq Poliklinikasında yanğın hadisəsi baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşını gəlib. Poliklinikadakı işçilər və vətəndaşlar təxliyə edilib. Yanğın söndürülüb.

İlkin məlumata görə, yanğın kombi sistemindən başlayıb.

 

(report)