Gültəkin Hacıbəyli: “Bu dövlət maraqlarımıza, ölkənin imicinə zərbə vurur”
Ukrayna və Gürcüstanın yürütdüyü Avropaya inteqrasiya siyasəti artıq öz bəhrəsini verməkdədir. Ukrayna və Gürcüstan vətəndaşları Şengen zonasına daxil olan Avropa Birliyi ölkələrinə vizasız gedə bilər. Bu barədə Avropa Komissiyasının qəbul etdiyi sənəddə deyilir. Avropa Komissiyası Gürcüstan, Ukrayna və Kosova ilə viza liberallaşdırılmasıda dair müsbət qərar qəbul etdiyini açıqlayıb.
Sənəd Avropa Parlamenti və AB üzvü olan ölkələr tərəfindən təsdiq ediləndən sonra qüvvəyə minəcək. bütün prosedurların gələn ilin yayına qədər başa çatacağı gözlənilir.
Amma Azərbaycanın Avropdan üz döndərməsi, Qərbdən gələn tövsiyyələri yerinə yetirməməsi sonda ölkəmizin bu istiqamətdə geri qalmasına səbəb oldu. Bəs, Ukrayna və Gürcüstandan fərqli olaraq Azərbaycanın Avropaya inteqrasiyaya can atmamsı ölkəmizin inkişafına necə təsir göstərəcək?
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, dost, qonşu Gürcüstanın və Ukraynaın Avropa Biriliyi ilə bu cür yaxınlaşması sevindirici haldır. Bu addımın Azərbaycan üçün də bir stimul yaratdığını deyən G.Hacıbəyli vurğuladı ki, vətəndaşlarımızın mütamadi olaraq Gürcüstana səfər etməsi, bu ölkədə yarım milyon soydaşımızın yaşadığını nəzərə alsaq, bu Azərbaycanı çox sevindirir: “Amma Azərbaycan vətəndaşı olaraq hər birimizin qəlbində bir dərin təəssüf hissi də var. Çünki dostlarımızın uğuruna nə qədər sevinsək də, anlayırıq ki, bu bizim nə qədər tərrəqidən, inkişafdan geri qalmağımızın göstəricisidir. Millət və dövlət olaraq Ukrayna və Gürcüstan qat-qat artıq potensiala, böyük təbii sərvətlərə, zəngin demokratik dövlətçilik təəccrübəsinə sahib olduğumuz halda biz bu gün Avropaya inteqrasiya sahəsində bu ölkələrdən çox geri qalmışıq”.
G.Hacıbəylinin fikrincə, Ukrayna və Gürcüstanın bu nailliyəti ilk növbədə bu ölkələrdə keçirilən demokratik islahatlarla bağlıdır. Bu ölkələrdə artıq uzun illərdir ki, demokratik seçkilərin keçirildiyini deyən G.Hacıbəyli vurğuladı ki, Ukrayna və Gürcüstanda hakimiyyət demokratik seçki ilə formalaşdırılır. Və hakimiyyətin ötrülməsi dinc, demokratik şəkildə həyata keçirilir: “Azərbaycan bütün bu imkanlardan məhrumdur. Azərbaycanda siyasi və seçki hüququ qorunmur. Reallıqda vətəndaşların hakimiyyəti seçki yolu ilə dəyişdirmək hüququ əlindən alınıb. Gürcüstan və Ukrayna Avropaya inteqrasiya istiqamətində bir çox zəruri addımları atıblar. Avropa Biriliyi ilə əməkdaşlıq sahəsində kifayət qədər irəli gediblər, Dünya Ticarət Təşkilatına üzv olublar, Assosiasiya müqaviləsi imzalayıblar. Bu müqavilələrin tərkib hissəsi olaraq böyük islahatlar həyata keçiriblərş Təəssüflər olsun ki, Azərbaycan bu islahatları həyata keçirməyib. Əksinə ölkənin çox acınacaqlı maliyyə durumuna baxmayaraq, iqtisadiyyatın böhran vəziyyətinə düşdüyü bir zamanda nəinki bu islahatların həyata keçirilməsi istiqamətində addım atılmır. Əksinə korrupsiya, inhisarçılıq, məmur özbaşnalığı yenə vüsət alır. Belə olan halda Avropa ilə yaxınlaşmadan söhbət gedə bilməz. Bu da nəticə etibarı ilə Azərbaycanın dövlət maraqlarına, ölkənin imicinə zərbə vurur”.
Xəyal