Eynulla Fətullayev: «Çingiz Qənizadənin bu gününə kim paxıllıq edə bilər ki?»
Hüquq müdafiəçisi, deputat Çingiz Qənizadə ilə jurnalist Eynulla Fətullayev arasında qalmaqal böyüyür. Bugünlərdə “Bizim yol” qəzetinə açıqlama verən Ç.Qənizadə E.Fətullayevin onun barəsində dediklərini sərsəm fikirlər adlandırıb. E.Fətullayev bir müddət əvvəl bildirmişdi ki, həbsdə olduğu müddətdə hakimiyyətin ona qarşı hazırladığı müraciətə deputat Gültəkin Hacıbəyli imza atmasa da, hüquq müdafiəçøisi Çingiz Qənizadə imza atıb. Ona görə də mandatı G.Hacıbəyliyə yox, Ç.Qənizadəyə veriblər. Ç.Qənizadə isə bu sözlərinə görə, jurnalisti məhkəməyə verəcəyini deyib: “Barəmdə belə əsassız və ziyanlı fikirləri yaymaqla imicimə ziyan vurmaq istəyən şəxslərlə sivil qaydada mübarizə aparacam. Belə şəxsləri məhkəməyə verəcəm. Azərbaycan cəmiyyəti kimin nəyə xidmət etdiyini bilir”.
Ç.Qənizadə əlavə edib ki, deputat seçildiyi üçün kiminsə gözü onu götürmür. Bu səbəbdən də paxıllıq hisslərini gizlədə bilmirlər: “Mən bilmirəm ki, Eynulla Fətullayev hansı məqaləni nəzərdə tutur. Əgər o, sərsəm fikirlər səsləndirmirsə, həmin yazının adını açıqlasın, biz də görək ki, nəyi nəzərdə tutur. Mən belə anladım ki, Fətullayev cəmiyyəti çaşdırmaq niyyəti güdür. Eynulla Fətullayev maddiyət xətrinə hər kəsin əleyhinə qərəzli yaza bilər. Vaxtilə onun qəzetlərinin maliyyə mənbəyinin haradan gəldiyini bilirik. Bu şəxs müxtəlif dövlət qurumları, onun rəhbərləri haqqında təhqiramiz yazılar yazırdı. Bu gün ona pul versən müxalifəti də söyəcək”.
“Azadlıq”a açıqlamasında E.Fətullayev Ç.Qənizadənin bu ittihamlarına münasibət bildirdi: “Çingiz Qənizadə uzun illər əvvəl Ağdaşda yaşayanda ona qarşı çox ədalətsiz və zorakı bir hadisə olub. Belə getsə, mən o zorakılıq hadisəsi ilə bağlı Çingiz Qənizadənin hüquqlarını müdafiə etməli olacam. O özü bilir nə hadisədir. Azərbaycan cəmiyyətinin gözü tərəzidir. Hamı kimin harada olduğunu və hansı işlərlə məşğul olduğunu görür. Onun paxıllıqla bağlı dediklərinə gəlincə, birincisi, bu, qadınlara məxsus xüsusiyyətdir. Ikincisi də, Çingiz Qənizadənin bu yazıq gününə kim paxıllıq edə bilər ki?”.
E.Fətullayev mübahisəyə səbəb olan yazının həqiqətən mövcud olduğunu deyir: “Bu yaxınlarda Gültəkin Hacıbəylinin niyə deputat seçilmədiyi ətrafında söhbət getdi. Çox etibar etdiyim bir mənbə bildirdi ki, mən həbsdə olanda Gültəkin Hacıbəylini Prezident Administrasiyasına dəvət edib bir məqaləyə imza atmasını istəyiblər. O da imtina edib. Sonradan həmin məqalə Çingiz Qənizadənin imzasıyla ”Trend” agentliyində və hökumət qəzetlərində çıxıb. Nəticədə də deputat Gültəkin Hacıbəyli yox, Çingiz Qənizadə olub. Mən də bunu demişəm. Burada nə təhqir var? Məgər Çingiz Qənizadə mənə qarşı məqalə yazmayıb? Yazıb. Gültəkin Hacıbəyli bundan imtina etməyib? Edib”.
Gültəkin