26 nəfərin cəsədi niyə tapılmır?

yanan yataqDənizdə batanlar yavaş-yavaş unudulur

“Günəşli” yatağında  baş vermiş yanğından 2 həftədən artıq vaxt ötür.  Yanğını hələ də tam söndürmək mümkün olmayıb. Amma daha dəhşətli olan yanğının söndürülməməsi yox,  həyatını itirənlərin cəsədinin tapılmamasıdır.  Bəli, bu gün 32 ailədə hələ də yanğın var, hələ də insanların ürəyindəki alova su səpilməyib.  Məsələ burasındadır  ki, artıq axtarışlarla bağlı xəbərlər də səngiyib.  İlk vaxtlarda “axtarışlar davam edir”,  “xilasedicilər iş başındadır”  kimi xəbərlərlə tez-tez qarşılaşırdıq.  Sanki, artıq axtarışları başa çatdırıblar.  Artıq bu məsələ də unudulmaq üzrədir.  Amma bir neçə gündür xəbər saytlarında “batanların arasında Rövnəq Abdullayevin xalası oğlu da var imiş” başlıqlı yazılar gedir.  Allah dünyasını dəyişən hər kəsə rəhmət eləsin. Amma Rövnəq Abdullayevin xalasıoğlunun da itkin düşənlər siyahısında olması, heç kimi məsuliyyətdən azad etmir. Ya da itkin düşənlərin ailəsi üçün təsəlli ola bilməz.

Açığı Rövnəq Abdullayevin xalasıoğlunun fəhlə  işləməsi inandırıcı  görünmür. Rövnəq Abdullayevin qohumlarının ən zəifi depatament rəisidir. Amma yuxarıda qeyd etdiyimiz kimi  bu xəbərin üstündə təbliğat qurulması heç kimə bəraət qazandırmır və axtarışların dayandırılmasına əsas vermir.

Səriştəsizlik, məsuliyyətsizlik  səbəbindən  insanların həyatı məhv oldu. İndi həyatını  itirmiş adamalrın cəsədini tapmağa da ərinirlər. Gündə 1-2 saat heklikopterlə  dəniz üzərində dövrə vurmaq kifayət deyil.  Bu uğursuzluğu, nəticəsizliyi  hansısa xəbərlərlə sığortlamağa çalışmaq isə, biabırçılıqdır.

Bu məsələ gündəmdə qalmalı, unudulmamalı və  26 nəfərin cəsədi tapılmalıdır.  Ölənlərin ailələrinə kompensasiya verilməsi xırda məsələdir və bu edilməliydi. O insanlar  əziyyət çəkiblər, həyatları bahasına neft çıxarıblar.  Amma cəsədləri tapıb sahiblərinə təhvil vermək dövlətin borcudur.  Kompensasiya ilə işi bitmiş saymaq olmaz.

Bu məsələni diqqətdə saxlayaq və hər gün 26 nəfərin cəsədin tələb edək.