Eldar Mahmudov və Əli Abbasovun taleyi “tükdən asılıdır”

ali-abbasov-eldar-mahmudovKeçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla sabiq rabitə naziri Əli Abbasovun indiyə qədər həbs olunmamasi müəmma olaraq qalir. “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, hər iki nazirlə bağlı istintaqda ifadələr alınır. Onların taleyi bu ifadələrdən asılı olacaq.

YAP-in icra katibinin müavini Siyavuş Novruzov da APA-ya müsahibəsində buna eyham edib: “Hər iki qurumda baş verən bu hadisəyə hərə bir cür yanaşir. Təbii ki, burada xəyanət də, vəzifə səlahiyyətlərini aşma da, cinayət də var və sair. Indi bununla bağlə istintaq gedir və nəticəsi məlum olacaq. Keçmiş MTN-də aparılan struktur islahatı isə artiq bu qurumun daha mükəmməl işləməsinə əsas yaradacaq.

Digərləri də baş verənlərdən ibrət götürməlidir. Qalanlarına dərs olmalıdır ki, belə əməllərə yol verməsinlər…

…Cənab prezident xəbərdarlıq etmişdi ki, qanunsuzluqlara yol verənlər həm işdən çıxarılacaq, həm də həbs olunacaqlar. Indi müxtəlif adamlar məsuliyyətə cəlb edilib. Onların verdiyi ifadələr göstərəcək ki, hər iki keçmiş nazir həbs olunacaq, ya yox”.

İnformasiya şöbəsi