ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dünya Miyatoviç noyabrda Azərbaycana səfər etməli idi. Lakin sonradan Bakıya səfər proqramı təxirə salındı. Bugünlərdə ABŞ-da olan jurnalist Eynulla Fətullayev Nyu-Yorkda D.Miyatoviçlə görüşüb.
Görüş zamanı ATƏT rəsmisi Azərbaycana gələn ilin fevralında gələcəyini bildirib: “Xanım Miyatoviç dedi ki, daha problemli regionlarla məşğul olmaq məcburiyyətindədir. Məsələn, Türkmənistan, Ukrayna, Türkiyə və s. Bu gün Türkiyədə 90-dan artıq bloger və jurnalist həbsdədir. Ukraynada vəziyyət ürəkaçan deyil. Ona görə də Azərbaycan səfərini təxirə salmalı olub. Amma bildirdi ki, fevralda mütləq Bakıya gələcək. O, Cabbar Savalanlı və Bəxtiyar Hacıyevlə bağlı mənim qənaətlərimi soruşdu. Və bildirdi ki, ATƏT onların azadlığa çıxması üçün bundan sonra da ciddi səylər göstərəcək”.
Gültəkin