iran-bayraq-bina

İran da Əsəddən imtina edir

iran-bayraq-binaİran Suriya ilə bağlı mövqeyini beynəlxalq aləmlə razılaşdırmaq niyyətindədir. Reutersin yaydığı məlumatda deyilir ki, İran Bəşər Əsəddən imtina etməyə hazırlaşır. İrandakı mənbələrdən əldə olunan məlumata görə, Tehran belə qənaətdədir ki, Bəşər Əsəd ölkəsinə və xalqına xidmət göstərmək imkanında deyilsə, onu bu işin öhdəsindən gələ biləcək başqasının əvəz etməsi ilə razılaşmaq lazımdır.

Bundan bir gün əvvəl isə agentlik Moskvadakı diplomatik mənbələrə istinadla xəbər vermişdi ki, Kreml də Bəşər Əsədin istefasına etiraz etmir.

azadliq.org