Davudoğlu Putinin cavabını verdi: “Uşaq kimi davranır…”

davutoglu2Rusiya prezidenti Vladimir Putinin Türkiyə rəhbərliyi haqqında təhqiramiz ifadələr işlətməsinə Ankaradan nəhayət, cavab verildi. Türkiyənin baş naziri Əhməd Davudoğlu Brüsseldən qayıdarkən jurnalistlərin bu barədə sualına belə cavab verib ki, Putinin dediklərini ciddiyə almırlar, çünki o, “uşaq kimi davranır”.

“Putin bir ay əvvəl belə açıqlamalar verərdi? O, birdən-birə Türkiyənin müsəlman ölkə olduğunu, islamlaşdığını, ABŞ-la yaxın əlaqələr qurduğunu xatırladı. Bir açıqlamanı ciddiyə almaq üçün onun konyukturadan kənar olması lazımdır. Putinin bu mövzuda dediklərinin heç birini ciddiyə almıram.Bir ay əvvəl dilə gətirilməyən sözlər bu gün deyilirsə, üstəlik uşaq kimi bir əda ilə…

Bundan əvvəl hörmətli prezidentimizin ailəsi haqqında iddialarla çıxış edəndə “Bu bir Sovet propoqandası” dedim. İndi Putinin şəxsində Rusiya adından danışan bir sovet zehniyyəti görürəm. Yəni Putin KQB günlərində qaldı hər halda. Amma KQB, o sovet propoqanda dönəmi geridə qalıb. Verdiyi hər açıqlama dünyada gülüş doğurur. İronik gülüş. Bizim üçün ciddiye alınacaq, çağdaş dövrün ruhuna uyan açıqlamalar deyil. Mən sadəcə təbəssüm edirəm. Bu açıqlamaları ciddiyə almaq həqarət olar”, – deyə Davudoğlu bildirib.

azadliq.info