Bu gecə Ağstafa rayonunda dəhşətli yol qəzası baş verib. Rayon Polis Şöbəsindən lent.az-a verilən məlumata görə, “VAZ 21011” markalı avtomobil yük maşınına (TIR) çırpılıb. Nəticədə minik avtomobilində olan bir ailənin 6 üzvü hadisə yerində ölüb. Daha 2 nəfər isə xəstəxanaya yerləşdirilib. Ölənlərdən 3-ü azyaşlıdır. Hadisə nəticəsində ölən şəxslərin adları və təvəllüdləri:
Emin Aslanov – 2004
Mətanət Aslanova – 2000
Teymur Aslanov – 2009
Elza Aslanova – 1958
Xalıq Aslanov – 1981
Gülzar Aslanova – 1928
Qeyd edək ki, yaralılar da Aslanovlar ailəsinin üzvüdür.