Krım rəhbərliyi Rusiya rəhbərliyinin bu regiona yardım etməməsindən şikayətlənib. Belə bir bəyanatla Krım rəhbəri Sergey Aksenov çıxış edib. O bildirib ki, 2015-ci ildə Krıma 15 mlrd rubl pul ayrılmalı idi. Artıq ilin sonunudur, lakin bir qəpik belə pul verilməyib.
Aksenovun sözlərinə görə, bu səbəbdən yarımadanın infrastrukturu ilə məşğul olmaq mümkün olmayıb.
Aksenovun haqqında bəhs etdiyi proqram 2014-cü ilin avqustunda hökumət tərəfindən təsdiqlənib. Bu proqrama görə, 2020-ci ilə qədər iqtisadiyyatın inkişafı, əhalinin həyat səviyyəsinin yüksəldilməsi məqsədi ilə Krıma 681 mlrd rubl ayrılmalı idi.
Aksenov maliyyə problemləri ilə yanaşı Krımın hüquqi problmelərlə də üzləşdiyini deyib.
azadlıq.info



