Rusiyada işsizlik artır

rusiyadan-kocRusiyada işsizlik artarkən, pərakəndə satışlar və sənaye istehsalı aşağı düşməyə davam edir.

Rusiya Federal Statistika İdarəsi (ROSSTAT) tərəfindən yayımlanan məlumatlara görə, Rusiyada pərakəndə satışlar, işsizlik və sənaye istehsalı rəqəmləri gözləniləndən aşağı olub. Pərakəndə satışlar, bazar proqnozu olan 11,5 faiz yerinə bir ildə 13,1 faiz düşüb və 2,366 trilyon rubla (337 milyard dollar) enib, real əmək haqqı isə 9 faiz azalıb.

İşsizlik isə oktyabr ayında 5,5% olduğu halda, noyabr ayında 5,8%-ə yüksəlib. Beləliklə, işsizlərin sayı 4 milyon 435 minə çıxıb. Rusiyanın sənaye istehsalı isə illik müqayisədə 3,5 faiz azalıb, bazar proqnozları bu azalmanın 2,9 faiz səviyyəsində olacağı istiqamətində idi.

Rusiya Prezidenti Vladimir Putin dünən keçirdiyi mətbuat konfransında, rəqəmlərin Rusiyanın iqtisadi böhranda ən dib nöqtədən xilas olduğunu göstərdiyini iddia etmişdi.