Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin rəhbəri Mixail Saakaşvili Ukraynanın siyasi arenasında ən nüfuzlu siyasətçiyə çevrilməkdədir. Bu barədə Financial Times nəşri yazır.
Qəzetin keçirdiyi sorğuda iştirak edənlərin 40 faizi Saakaçvilini, 20 faizi isə prezident Petr Poroşenkonu dəstəkləyir.
Bir çoxları hesab edir ki, məhz Saakaşvilinin inadlılığı yerli oliqarxlarla mübarizədə kömək edəcək. Digərləri isə Saakaşvilinin qəzəbli olması ona Ukrayna hakimiyyətində yüksək vəzifə tutmağa imkan verməyəcək.
Ukrayna məmurlarının bir hissəsi Saakaşvilinin baş nazir ola biləcəyini düşünür. Lakin bunun Putinin sərt reaksiya ilə üzləşəcəyini deyirlər.
azadlıq.info



