İŞİD-i dəstəkləyənlər BMT-nin sanksiyaları altına düşəcək

isid1BMT Təhlükəsizlik Şurasının üzvü olan 15 ölkənin maliyyə nazirləri İŞİD-in maliyyə qaynaqlarını kəsmək üçün yeni qanun layihəsi qəbul edib.

ABŞ və Rusiya tərəfindən hazırlanan layihənin orjinalı, 1999-ci ildə “Əl Qaidə”yə qarşı qəbul edilib. Qanunda ölkələr, neft və tarixi əsərlərin qaçaqmalçılığı başda olmaqla, İŞİD-in maliyyə qaynaqlarını tamamilə kəsmək üçün daha təsirli və qərarlı davranmağa çağırılır.

Qanuna görə, İŞİD və əlaqəli qrupları dəstəkləyən qrup və ya təşkilatlar BMT sanksiyaları ilə üz-üzə qalacaq. Qərara əməl etməyən şəxsin, qrupun və ya təşkilatların sərvətləri dondurulacaq. İŞİD-i mailiyyələşdirənlərə səyahət qadağası  və silah embarqosu kimi sanksiyalar da tətbiq olunacaq.
Ölkələrin bu istiqamətdə atdıqları addımlarla bağlı dörd ay ərzində hesabat hazırlanacaq.

Xatırladaq ki, bir müddət öncə Rusiya, İŞİD-i maliyyələşdirən ölkələr arasında Azərbaycanın da olduğunu bildirmişdi.

 

Aydın Taş