Goldman: Neft 20 dollara qədər düşə bilər

neft pulGoldman Sachs, WTI neftnin barrelinin qiymətinin 20 dollara qədər düşə biləcəyini yazıb.

Golman Sachs, neft qiymətlərinin daha da aşağı düşəcəyini bildirir. Məşhur sərmayə bankına görə, yəqin ki, WTI neftinin barrelinin qiyməti 20 dollara düşəcək və bu vəziyyət bir çox yüksək xərcli şirkətlərin neft hasilatlarını dayandırmalarına səbəb olacaq və ancaq o zaman qlobal bazarda tələb və təklif tarazlığı yaranacaqdır.

Hazırda ABŞ-ın WTI neftinin qiyməti təxminən 7 ilin ən aşağı qiyməti olan 35 dollarlardan alıcı tapır. Goldman Sachs-ın Cümə günü dərc olunan hesabatına görə, bu qiymət, neftə yeni sərmayələrin yatırılmasının azalması və təklif çoxluğunun 2016-cı ilin sonuna qədər yumşalması üçün kifayət qədər aşağı qiymətdir. Ancaq, hesabata görə, neft çənlərində kifayət qədər ehtiyatların yığılması və yığılmaqda davam etməsi neftin qiymətini 20 dollara qədər aşağı sala bilər.

Bankın analitiki Damien Courvalin “Çənlər dolmağa davam etdiyi üçün biz hələ də neft qiymətlərində daha çox azalma olacağını düşünürük” deyib.

 

(marja)