Banklar dolların qiymətini qaldırdı

dollarAzərbaycanın kommersiya bankları Manatın dollara dəyişdirilməsi üzrə satış məzənnəsini artırıblar.

Belə ki, bugünədək banklar Dolları 1.0550 səviyyəsindən satırdılar.

Məlumata görə, bu gündən bir çox banklar Dolların satış məzənnəsini 1.0570-1.0580 manata qaldırıblar.

Banklar artıq rəsmi saytlarında qaldırılmış məzənnəni göstərirlər.

Banklardan bildirirlər ki, satış kursunun artırılması son günlər Dollara yenidən tələbin artması ilə bağlıdır.

Banklar Mərkəzi Bankın rəsmi məzənnəsinə + – 2% dəyişiklik edib valyutanı sata bilirlər.

Qeyd edək ki, neft ucuzlaşdığından və ABŞ Mərkəzi Bankı Fed-in faiz qərarından sonra Azərbaycanda ikinci devalvasiya ehtimalı artıb.

 

(marja)