Manat kritik durumda

manat

ABŞ-ın Federal Ehtiyat Sisteminin uçot dərəcəsini qaldırması milli valyutaya necə təsir edəcək?

Dekabrın 16-sı ABŞ-ın Federal Ehtiyat Sistemi faiz qərarını açıqladı. Federal Rezerv Sistemi uçot dərəcəsini 0,25% qaldıraraq 0,5% çatdırıb. Son 7 ildə ilk dəfə verilən belə bir qərar dünya bazarına əhəmiyyətli təsir edəcək.

Bəs, bu qərar dolların məzənnəsinə, manatın devalvasiyasına necə təsir edəcək? Bu istiqamətdə ekspertlərlə yanaşı rəsmi strukturların da mövqeyi maraq doğurur.

Maraqlıdır ki, qəbul olunan qərarla bağlı günün əvvəlində Mərkəzi Bankın münasibəti mətbuatda yayılsa da, daha sonra bu açıqlama ilə bağlı MB-dən təkzib gəldi. Onu da qeyd edək ki, ilk açıqlamada FES-in qərarının bütün dünyaya, o cümlədən Azərbaycana, milli valyutamıza öz təsirini göstərəcəyi bəyan edilmişdi.

Vahid Əhmədov: “Bu qərar mütləq manatın məzənnəsinə təsirini göstərəcək”

vahid-ehmedov

Millət vəkili, iqtisadçı Vahid Əhmədov isə bildirib ki, qəbul olunan qərar manata təsirsiz ötüşməyəcək. Dünyada gedən proseslərə də diqqət çəkən V.Əhmədov vurğulayıb ki, bütün bu məqamlar iqtisadiyyatımıza təsirsiz ötüşməyəcək: “Bu qərar da mütləq manatın məzənnəsinə və bütün dünyaya özÿ təsirini göstərəcək.ÿMən birinci devalvasiyanın da tərəfdarı olmamışam. Indi də devalvasiyanın sərt şəkildə aparılmasının tərəfdarı deyiləm. Mən üzən məzənnə siyasətinin, yumşaq devalvasiyanın tərəfdarıyam. Çünki cəmiyyət bunu az-çox qəbul edir. Siz fikir verirsiniz ki, iki-üç qəpik artım olanda insanlar təlaşlanır? Bütün dövlət və qeyri-dövlət qurumları, o cümlədən Azərbaycan vətəndaşları bilməlidir ki, dünyada çox ciddi iqtisadi problemlər var. Bu problemlər 2015-ci ildə o qədər də hiss olunmurdu. Amma 2016- ci ildə neftin qiymətində ciddi azalmalar getsə, müharibələr davam etsə, əlbəttə, iqtisadi vəziyyət yaxşı olmayacaq. Ona görə də hər kəs öz yorğanına görə ayağını uzatmalıdır.ÿAilə büdcəsinə də diqqət yetirmək lazımdır”.

Məhəmməd Talıblı: “Qərar Azərbaycan iqtisadiyyatında və manatın dəyərində dəyişiklərə səbəb olacaq”

mehemmed-talibli

Iqtisadçı Məhəmməd Talıblının isə fikrincə, bu qərardan dərhal sonra valyuta birjalarında psixoloji təsir özünü çox gözlətmədi. Eyni zamanda ABŞ qərar qəbul olunan gün neft ixracatı ilə bağlı embarqonu da aradan qaldırdı: “Hər iki qərarın sinxron təsiri resurs ixracatından asılı olan ölkələrin daxilolma səviyyəsinə və milli valyutalarının dəyərinə mənfi təsir göstərəcək. Xüsusilə ixracatında neft və neft məhsullarının xüsusi çəkisinin 94,5%-nin təşkil etdiyi Azərbaycan iqtisadiyyatına və manatın dəyərində dəyişiklərə səbəb olacaq. Daha ağıllı qərar Mərkəzi Bankın ehtiyatlarının tam ”əriməsindən” sonra ediləcəkləri indidən edilməsidir”.

M.Talıblının fikrincə, qlobal tendensiyalar ziyanımıza işləyəcək. “Yumşaq devalvasiya qərarı və neftin qiymətinin enməsindən büdcə kəsri həddini mümkün qədər uzaqlaşdırmaq qərarı üçün önləyiji (preventiv) tədbirlər lazımdır. Yaxud yay aylarına qədər dözüb Mərkəzi Bankın aktivləri tam ”əriyəndən” sonra işə başlamalısız. Başa düşürəm, hər iki qərarda ziyanlar var. Amma reallıq elədir ki, düşdüyümüz vəziyyət hökuməti iki zərərli variantdan daha az ziyanlısını seçmək zərurəti ilə üz-üzə qoyub”, deyə M.Talıblı vurğuladı.

Samir Əliyev: “Hər şey avro-dollar məzənnəsinin davranışından asılı olacaq”

samir-eliyev-iqtisadci

Iqtisadçı Samir Əliyevin isə sözlərinə görə, FES-in uçot dərəcəsini artırması o demək deyil ki, manatın devalvasiyası olacaq. S.Əliyevin sözlərinə görə, bu qərardan sonra Azərbaycanda dollar bahalaşa bilər, amma devalvasiya qərarı FES-in qərarından birbaşa asılı deyil: “Ola bilər qərardan sonra dollar manata münasibətdə cüzi bahalaşsın. Ancaq bu bahalaşma həmişəki səviyyədə olacaq. Əgər FES-in qərarından sonra dollar avroya münasibətdə bahalaşsa, manatın ucuzlaşmasını da istisna etmirəm. Hər şey avro-dollar məzənnəsinin davranışından asılı olacaq. Manatın taleyinin FES-in bugünkü qərarından birbaşa asılılığı yoxdur. Qısası, FES-in uçot dərəcəsini qaldırması manatın mütləq devalvasiyası anlamına gəlməməlidir”.

Xəyal