Türkiyə və İsrail arasında önəmli görüş

turk-israil_bayraq“Röyters” xəbər agentliyi Türkiyə və İsrail arasında əlaqələrin normallaşması istiqamətində ilkin razılıq əldə olunduğu haqda məlumat yayıb. Məlumatda, İsrail baş naziri Netenyahunun nümayəndələri ilə Türkiyə Xarici İşlər Nazirliyinin məsləhətçisi Sinirlioğlunun dünən axşam İsveçrədə görüşdüyü bildirilir.
İsrail səlahiyyətliləri, Türkiyəyə təzminat ödəmək və Ankaranın İsrailə qarşı bütün ittihamlara son qayması kimi prinsipial məsələlərin razılaşdırıldığını bildiriblər.

İsrail mətbuatı isə razılaşmaya əsasən  Türkiyəyə 20 milyon dollar təzminat ödənəcəyini yazıb. Artıq hər iki ölkənin  səlahiyyətliləri belə bir görüşün olduğunu təsdiqləyiblər.

 

Aydın Taş