Bu ilin iyul ayında diplomatik əlaqələri yenidən bərpa edən ABŞ və Kuba, artıq iki ölkə arasında ticarət uçuşlarının başlaması haqda da razılığa gəliblər. Bu haqda ABŞ Dövlət Departamenti açıqlama yayıb. 16 dekabrda yayımlanan açıqlamada, ABŞ və Kuba arasında nizamlı uçuşların başladılması ilə bağlı qarşılıqlı razılaşma əldə olunduğu bildirilir. Açıqlamada, razılaşmanın iki ölkə arasında turizmi artıracağı, ticarət əlaqələrinin inkişafına səbəb olacağı vurğulanır.
Aydın Taş