Prezident Ərdoğanın Qətərə rəsmi səfərindən sonra iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ başlayıb. Bu gün Qətərin Ankara səfiri Al-Şafi, Türkiyəyə hər cür dəstək verməyə hazır olduqlarını bildirib. Xüsusən də Rusiyanın təhdid etdiyi təbii qaz təminatı ilə bağlı: “Türkiyə bizim üçün qardaş ölkədir və enerji sahəsi daxil olmaqla, hər mənada Türkiyənin yanındayıq. Türkiyə, nə qədər təbii qaz istəsə, o qədər tədarük etməyə hazırıq”,-deyə səfir bildirib.
Aydın Taş