BMT baş katibi Pan Gi Mun, nüvə proqram mövzusunda İran hökumətini BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun hərəkət etməyə çağırıb.
Baş katib, təşkil etdiyi mətbuat konfransında, İranın ballistik raket sınağı ilə BMT TŞ-nın sanksiyalarını pozduğunu açıqlayıb.
İranla BMT TŞ 5 daimi üzvü və Almaniyanın nüvə proqramı mövzusunda əhəmiyyətli bir razılaşma imzaladığını xatırladan baş katib, bildirib: “Bu istiqamətdə İran hökumətinin əldə olunan razılaşmaya uyğun hərəkət edəcəyini gözləyirəm”,-deyə Pan Gi Mun bildirib.
Aydın Taş