Ziya Məmmədovun qardaşını öldürmək istəyiblər?

ziya_memmedov

Nazirin qohumu ilə bağlı məhkəmə başa çatdı; təqsirləndirilən şəxsə 18 il həbs cəzası verildi

Nəqliyyat naziri Ziya Məmmədovun qohumunun qətli üzrə məhkəmə prosesi yekunlaşdı. Nazirin qardaşı Həriman Məmmədovun qudasını öldürməkdə təqsirləndirilən 48 yaşlı Eynulla Hacıyev dekabrın 15- Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il azadlıqdan məhrum edildi.

Eynulla Hacıyev 70 yaşlı Ramiz Vəliyevi odlu silahla qətlə yetirməklə yanaşı, həm daha bir nəfəri öldürməyə cəhddə ittiham olunur. Bu üzrə məhkəməyə media nümayəndələri buraxılmadığından həmin şəxsin kimliyi dəqiq məlum deyil. Amma hadisədən bir neçə gün sonra yayılan məlumatlarda Ziya Məmmədovun qardaşının da həmin vaxt qudasının yanında olduğu, hətta təqsirləndirilən şəxsin Ramiz Vəliyevi yox, onu vurmaq istədiyi bildirilirdi. Qeyd olunurdu ki, Nəriman Məmmədov hadisə zamanı keçirdiyi stressə görə səhhətində problem yaranıb təciri Türkiyəyə aparılıb.

Nazirin digər qardaşı, keçmiş deputat Elton Məmmədov medianın Nəriman Məmmədovun hadisə yerində olubolmaması barədə suala belə cavabında bunu təkzib etməmişdi: “Bu cinayət araşdırılır. Qətl zamanı qardaşımın orada olduğu bildirilsə , mən hadisə yerində olmamışam. Heç deyə bilmərəm. Dolğun məlumat əldə etmək istəyirsinisə, Qusar rayon prokurorluğuna müraciət edə bilərsiniz. Onlar ehtiyac duyulan məlumatı sizə verəcəklər“.

Məhkəmədə Eynulla Hacıyev özü , onun vəkili kimisə öldürmək niyyətinin olmadığını bildirib. Eynulla Hacıyev hadisənin namus üstündə baş verdiyini deyib.

Xatırladaq ki, hadisə Ramiz Vəliyevin Qusarın Çiləgir kəndindəki villasında baş verib. Eynulla Hacıyev həmin villada gözətçi, onun baldızı isə xidmətçi işləyib. O, qətli baldızının namusunu qorumaq üçün törətdiyini bildirib.

Aytən