Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Ann Broşür “Respublikaçı Alternativ” (REAL) hərəkatının sədri İlqar Məmmədovun həbsdən buraxılması üçün bir daha Azərbaycan hakimiyyətinə müraciət edib.
Ann Broşür xatırladıb ki, Avropa Şurası Nazirlər Komitəsi ötən həftə keçirilən toplantısında Avropa Məhkəməsinin qərarlarının üzv dövlətlər tərəfindən icra vəziyyətini araşdırıb. Orada bir daha qeyd olunub ki, Azərbaycan hakimiyyəti inadkarlıq nümayiş etdirərək, Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarını icra eləmək istəmir.
“Cənab Məmmədov dərhal həbsdən buraxılmalıdır. Avropa Şurasının bütün əsas strukturları Azərbaycan hakimiyyətinin beynəlxalq öhdəliklərinə əməl etməsini, konkret indiki halda, tənqidçilərə, vətəndaş cəmiyyətinə qarşı repressiyaları dayandırmasını gözləyir“, – deyə AŞ PA sədri vurğulayıb.
İnformasiya şöbəsi