İsrail Xarici İşlər Nazirliyinin müşaviri Dore Gold, ölkəsinin Türkiyə ilə sabit əlaqələrə sahib olmaq istədiyini və buna nail olmağın yollarını aradıqlarını bildirib. Müşavirin yazılı açıqlmasında deyilir: “İsrail, Türkiyə ilə hər zaman sabit əlaqələrə sahib olmağı arzulayır və bu hədəfə çatmağın yollarını davamlı araşdırmaqdadır”.
Prezident Ərdoğan isə Türkmənistana səfəri öncəsi Türkiyə-İsrail əlaqələri haqda jurnalistlərin sualına belə cavab verib:
“İsrail-Türkiyə münasibətlərinin yaxşılaşması istiqamətində üç tələbimiz olub: Üzr demişdik, bu, oldu. Kompensasiya dedik, amma əməl olunmadı. Üçüncü tələbimiz isə Fələstinə qarşı tətbiq olunan embarqonun qaldırılmasıdır. Hələlik iki tələbimiz yerinə yetirilməyib. Kompensasiya və embarqonun qalxması reallaşarsa, biz, normallaşma prosesinə girə bilərik”.
Aydın Taş